Prezident İlham Əliyev Xarkov vilayətində hərbi təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Ukrayna prezidenti Vladimir Zelenskiyə başsağlığı verib.
“Xarkov vilayətində hərbi təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”, - deyə Azərbaycan prezidentinin rəsmi saytında dərc olunmuş başsağlığı məktubunda bildirilir.
Xəbər verildiyi kimi, sentyabrın 25-də axşam saatlarında Xarkov vilayəti yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə məxsus “An-26” təyyarəsi qəzaya uğrayıb. Təyyarə təlim-məşq uçuşları həyata keçirirdi. Təyyarənin göyərtəsində Kojedub adına Xarkov Hərbi Hava Qüvvələri Universitetinin 20 kursantı və 7 zabiti olub. Qəza nəticəsində 26 nəfər həlak olub, 1 nəfər xəstəxanadadır.*
B.Rüstəmbəyov