Azərbaycanda koronavirus infeksiyasına daha 108 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 39,895 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib, ölənlərin ümumi sayı 585 nəfərə çatıb.
Virusa yoluxmuş 37,523 min nəfər (sutka ərzində +131) müalicə olunaraq sağalıb.
“1 min 787 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7,965 min, hazırkı dövrədək isə 1 milyon 95,543 min test aparılıb.*
B.Rüstəmbəyov