Dövlət Təhlükəsizliyi Xidmətinin və Dövlət Sərhəd Xidmətinin birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilmiş külli miqdarda narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin ölkə ərazisində qanunsuz dövriyyəsinin qarşısı alınıb. Bu barədə DTX-nin məlumatında deyilir.
“Azərbaycan Respublikasının vətəndaşları Vüqar Hümbətov və Elnur Əliyevin satış məqsədilə qanunsuz əldə etdikləri külli miqdarda narkotik vasitələr - 19 kiloqram 736,04 qram heroin, 10 kiloqram 149,75 qram tiryək, 3 kiloqram 788,18 qram qurudulmuş marixuana, 104,44 qram metadon, psixotrop maddə - 19 kiloqram 786,10 qram metamfetamin və 75 qram güclü təsir edən maddə olan preqabalin onlardan aşkar edilərək götürülüb”, - deyə məlumatda bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma) maddələri ilə cinayət işi başlanılıb.
Vüqar Hümbətov və Elnur Əliyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.*
B.Rüstəmbəyov