Rusiya Qarabağ münaqişəsi zonasında təmas xəttində vəziyyətin gərginləşməsi ilə əlaqədar narahatlığını ifadə edir, tərəfləri dərhal atəşi dayandırmağa çağırır.
“Bizdə olan məlumata əsasən, Dağlıq Qarabağ mümaqişəsi zonasında vəziyyət kəskin şəkildə gərginləşib. İtkilər barədə məlumat daxil olur”, - Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Tərəfləri dərhal atəşi dayandırmağa və vəziyyətin stabilləşməsi məqsədilə dan” şıqlara başlamağa çağırırıq”, - RF XİN-in saytında dərc olunan sənəddə vurğulanır. **