Azərbaycan təmas xəttində təxribata əl atmayıb, yalnız öz mövqelərini qoruyur. Bunu Azərbaycan prezdenti İlham Əliyev deyib.
“Bu gün Ermənistan regioun üçün təhdiddir. Azərbaycan təxribata əl atmayıb, yalnız öz mövqelərini müdafiə edir”, - Əliyev bazar günü televiziya ilə Azərbaycan xalqına müraciətində bildirib.
Əliyev qeyd edib ki, Ermənistan işğalçı ölkədir. “Ermənistan hərbçilərinin Azərbaycan torpaqlarında nə işi var? Bu gün Azərbaycan Ordusu öz ərazisində döyüşür, ərazi bütövlüyünü müdafiə edir, düşmənə sarsıdıcı zərbələr endirir. Bizim işimiz haqq işidir və biz qalib gələcəyik”, - Əliyev vurğulayıb. **
A.Əzizov