Azərbaycan Baş ProkurorluğuErmənistan silahlı qüvvələritərəfindən törədilən təxribatlar nəticəsində yaralanan mülki əhalinin sayını və adlarını açıqlayıb.
Prokukorluğun Mətbuat Xidmətinin məlumatına görə, 6 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb: Tərtər rayon sakini (1987-ci il təvəllüdlü) Röyal Həsənov, Daşkəsən rayon sakini (1982-ci il təvəllüdlü) Cəlal Zalov, Füzuli rayon sakinləri (1960-cı il təvəllüdlü) Füzuli Məmmədov, (1995-ci il təvəllüdlü) Vüsal Quliyev, Ağdam rayon sakinləri (1961-ci il təvəllüdlü) Bəykişi Zeynalov, (1997-ci il təvəllüdlü) Eşqin Allahyarov.
“Bütün yaralılar xəstəxanalara yerləşdiriliblər”, - Baş Prokurorluq qeyd edir.
Bildirilir ki, mülki əhali və hərbçilər arasında həlak olanlar var, lakin onların sayı dəqiqləşdirilmir. **