Türkiyə Ermənistan tərəfindən Azərbaycana qarşı yeni hərbi təxribatı pisləyir və dünya birliyini Bakını dəstəkləməyə çağırır. Bu barədə Türkiyə XİN-in mətbuat katibi Hami Aksoy deyib.
“Biz xəbər tutmuşuq ki, bazar günü səhər saatlarında cəbhəyanı zonada Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri və dinc əhali ağır artilleriya ilə intensiv atəşə tutulub. Əlbəttə ki, Azərbaycan öz xalqının və ərazi bütövlüyünün müdafiəsi üçün hüququndan istifadə edəcək. Bu prosesdə Türkiyə Azərbaycanı tam dəstəkləyir. Biz, Azərbaycan arzu etdiyi şəkildə onun yanında olacağıq”, - o vurğulayıb.
Həmçinin, Aksoy dünya birliyini “haqqın” tərəfindəı olmağa çağırıb. **
N.Abbasova