Ermənistanın təcavüzkar siyasəti bütün Qafqaz regionunu alovlandıra bilər. Türkiyənin milli dafiə naziri Hulusi Akar belə hesab edir.
“İşğalçı Ermənistan atəşkəs rejimini pozaraq Azərbaycana hücum edib və bununla da hələ də təxribat axtardığını nümayiş etdirib. Ermənistanın aqressiv siyasəti Qafqazda sülhə və sabitliyə ən böyük əngəldir, regionu alovlandıracaq dərhal bu təcavüzdən imtina etməlidir”, - Türkiyə mətbuatı Akarın sözlərindən sitat gətirir.
Nazir bəyan edib ki, Türkiyə “Ermənistanın bu mənfur hücumunu” qətiyyətlə pisləyir.
“Ərazi bütövlüyü uğrunda mübarizədə sonuna kimi qardaşlırımız olan Azərbaycan turklərini hər vasitə ilə dəstəkləyəcəyik”, -o vurğulayıb. **
N.Abbasova