Gürcüstan Qarabağ münaqişəsi zonasında yeni hərbi münaqişədən narahatdır, sülh yolu ilə nizamlanmaya ümid edir və regionda gərginləşmənin aradan qaldırılmasına imkan yaratmağa hazırdır. Bu barədə Gürcüstan XİN-in bazar günü yaydığı bəyanatda deyilir.
“Biz, yayılan məlumatlara görə, insan tələfatına səbəb olan Azərbaycanla Ermənistan arasında növbəıti hərbi gərginliyi narahatlıq ilə izləyirik”, - sənəddə deyilir.
Gürcüstan XİN ATƏT-in Minsk qrupunun həmsədrlərini gəırginliyin dayandırılması və tərəflər arasında klonstruktiv dialoqun təşkilini təmin etmək üçün səy göstərməyə çağırır.
“Öz tərəfimizdən bəyamn edirik ki, Gürcüstan istənilən formatda regionda gərginliyin aradan qaldırılması və sülhün bərqərar olmasına imkan yaratmağa hazırdır”, - Gürcüstan XİN-in bəyanatında qeyd olunur. **