Azərbaycan və Türkiyənin müdafiə nazirləri Zakir Həsənov və Hulusi Akar Ermənistanın Azərbaycana hücumunu müzakirə ediblər. Bu barədə TRT telekanalı məlumat verir.
“Bazar günü Həsənovun Akar ilə telefon danışığı baş tutub. Danışıq zamanı azərbaycanlı nazir türkiyəli həmkarına Qarabağda təmas xəttində son vəziyyət barədə məlumat verib”, - telekanal məlumat verir.
Öz növbəsində, Akar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə hücumlarını pisləyib və Türkiyənin Azərbaycana tam dəstəyini ifadə edib.
“Biz Azərbaycan türkləri ilə onların ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizəsində sonunadək yanlarında olacağıq”, - Akar danışıq zamanı bildirib. **