Almaniyanın xarici işlər naziriHayko Maas Ermənistan və Azərbaycanı təmas xəttində hərbi əməliyyatları dayandırmağa çağırıb.
“Mən münaqişənin hər iki tərəfini dərhal hərbi əməliyyatları, xüsusilə kənd və şəhərləri atəşə tutulmasını dayandırmağa çağırıram”, - nazirin bəyanatında deyilir.
Maasın sözlərinə görə, münaqişə yalnız danışıqlar yolu ilə həll olunmalıdır. **