Ermənistanın Azərbaycana qarşı təcavüzünə lazımi cavab verməyi bacarmayan beynəlxalq birlik növbəti dəfə ikili standartlar nümayiş etdirir. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan belə hesab edir.
“Azərbaycan hücumlarına daha bir hücumu əlavə edən Ermənistan regionda sülh və sakitliyə ən böyük təhlükədir. Ermənistanın təxribat və təcavüzünə zəruri və lazımi cavab verməyi bacarmayan beynəlxalq birlik növbəti dəfə ikili standartlar nümayiş etdirir. Əfsuslar olsun ki, 30 il ərzində səhlənkarlıq göstərən ATƏT-in Minsk qrupunun həmsədrləri həllin axtarışından çox uzaqdırlar”, - Ərdoğan bazar günü Azərbaycan prezidenti İlham Əliyev ilə telefon danışığından sonra Twitter-dəki səhifəsində yazıb. **
N.Abbasova