Azərbaycan və Türkiyə XİN başçıları Ceyhun Bayramov və Mövluq Çavuşoğlu bazar günü Ermənistanın Azərbaycana hərbi hücumunu müzakirə ediblər. Bu barədə Türkiyə mətbuatı məlumat verir.
“Çavuşoğlu Bayramova telefonla zəng edib. Diplomatik mənbələrin məlumatına görə, telefon danışığı zamanı türkiyəli nazir İrəvanın hərəkətlərini “Ermənistanın aqressiv mövqeyi və təşkil olunmuş təxribat hücumu” adlandırıb”, - KİV qeyd edir.
Öncə bazar günü Çavuşoğlu və RF XİN başçısı Sergey Lavrov arasında telefon danışığı baş tutub. Söhbət zamanı türkiyəli nazir Ermənistanın hərəkətlərini aydın şəkildə “aqressiya” adlandırıb və xatırladıb ki, həmçinin Azərbaycanın mülki əhalisinə qarşı yönələn Ermənistan silahlı qüvvələrinin intensiv hücumları region üçün böyük təhlükə törədir. **
N.Abbasova