Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin məhv edilmiş hərbi texnikasının videokadrlarını yayıb.
“Əks-həmlə əməliyyatı həyata keçirən Azərbaycan Ordusu bölmələrinin zərbələri nəticəsində düşmən çoxlu sayda zirehli texnikanı döyüş meydanında qoyaraq qaçıb”, -nazirlikdən bildirilib.
Öncə Azərbaycanın müdafiə naziri bəyan edib ki, Azərbaycan Ordusu Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində Ermənistan silahlı qüvvələrinin müdafiə xəttini yarıb. Nazir qeyd edib ki, erməni hərbçilər mövqelərini tərk edirlər və böyük itki verirlər. **
A.Əzizov