Azərbaycan prezidenti İlham Əliyev bazar günü Azərbaycan ərazisində sentyabrın 28-dən hərbi vəziyyətin tətbiqi haqqında fərman imzalayıb. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Ermənistan silahlı qüvvələrinin təmas xəttində təxribatları və təcavüzün qarşısının alınması məqsədilə keçirilən əks-həmlə əməliyyatları nəzərə alınmaqla 2020-ci il sentyabrın 28-dən Azərbaycan ərazisində hərbi vəziyyət tətbiq olunur”, - Hacıyev bu gün brifinqdə bildirib.
Onun sözlərinə görə, fərmana əsasən, sentyabrın 28-dən Bakı, Gəncə, Smqayıt, Yevlax, Mingəçevir, Naftalan, həmçinin Abşeron ərazisində, Bərdə, Cəbrail, Füzuli, Ağcabədi, Beyləqan, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyətlə əlaqədar saat 21:00-dan etibarən 06:00-dək komendant saatı tətbiq olunur. **