Bazar günü Ermənistan tərəfinin təşəbbüsü ilə RF prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Bu barədə Kremlin mətbuat xidməti məlumat verir.
“Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskin gərginləşməsi müzakirə olunub. Rusiya tərəfi genişmiqyaslı hərbi döyüşlərin bərpası ilə əlaqədar ciddi narahatlıq ifadə edib”, - məlumatda deyilir.
Qeyd olunur ki, “indi qarşıdurmanın gələcəkdə gərginləşməsinin qarşısını almaq məqsədiklə zəruri səylərin göstərilməsi vacibdir, ən başlıcası isə hərbi əməliyyatları dayandırmaq lazımdır”, - məlumatda qeyd olunur. **