Azərbaycan Baş Prokurorluğu bazar günü Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində Ermənistan silahlı qüvvələri tərfindən atəş nəticəsində mülki əhali arasında xəsarət alanların sayının artdığını bəyan edir.
“Hazırda mülki şəxslər arasında xəsarət alanların sayı 19 nəfər təşkil edir. Onlar xəstəxanalara yerləşdirilib”, - “İnterfaks-Azərbaycan”a Baş Prokurorluqdan məlumat verilib.
Öncə mülki əhali arasında 6, sonra 9, daha sonra isə 14 nəfərin yaralandığı barədə məlumat verilib. **
Ə.Məmmədov