İran Dağlıq Qarabağda münaqişə tərəflərini dialoqa çağırır və vasitəçilik xidmətlərini təklif edir. Bunu İran XİN başçısı Cavad Zərif deyib.
“Biz hərbi əməliyyatların dərhal dayandırılmasına və mübahisəli məsələlərin həlli üçün dialoqa çağırırıq”, - o Twitter-də yazıb.
Zərifin sözlərinə görə, “qonşularımız bizim prioritetimizdir və biz danışıqları mümkün etmək məqsədilə vasitəşilik xidmətlərini təklif edirik”.
“İndi regiona sülh lazımdır”, - iranlı nazir yekun vurub. **