Bazar günü Azərbaycan və Türkiyənin XİN başçıları Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasındatelefon danışığı baş tutub. Bu barədə XİN-dən məlumat verilir.
“Telefon danışığı zamanı Ermənistan tərəfinin yeni təcavüz aktını qətiyyətlə pisləyən Mövlud Çavuşoğlu, Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mübarizəsində Türkiyənin hər zaman ölkəmizin yanında olduğunu vurğuladı”, - məlumatda qeyd olunur.
Öz növbəsində, Bayramov vurğulayıb ki, 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin cəbhə xətti boyu Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktına cavab olaraq, Azərbaycan silahlı qüvvələri tərəfindən özünü müdafiə hüququ çərçivəsində və mülki əhalini müdafiə etmək məqsədilə atılan cavab həmlələri keçirir.
“Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və onların əlavə protokollarının kobud şəkildə pozulmasıdır. Bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılması zəruridir”, - XİN-in mətbuat xidməti Bayramovun sözlərindən sitat gətirir. **
X.Nəsirzadə