Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həlli üçün dua edir. Bu barədə Rusiya Pravoslav kilsəsinin rəsmi spikeri Vladimir Leqoyda məlumat verib.
“Dini rəhbər sülhün bərqərar olması üçün hər cür səy göstərməli olan iki ölkənin mənəvi liderlərinin rolunun vacib olduğunu hesab edir”, - Leqoyda bazar günü axşam Teleqram kanalında yazıb.
Onun sözlərinə görə, Rusiya Pravoslav kilsəsi “daima Azərbaycan və Ermənistanın dini icmaları arasında dialoqun aparılmasını dəstəkləyib və bundan sonra bu missiyanı davam etdirməyə hazırdır”. **