“Karabakh Hacking Team” Azərbaycan hakerlər komandası 90-dək erməni saytını sındırdığı barədə məlumat verib.
“Azərbaycan hakerləri 90-dək erməni saytını sındıraraq prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” və “Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpağından” sözlərini yerləşdiriblər”, - komanda özünün Telegram kanalında bəyan edib.
Məlumata görə, sındırılan erməni saytlarında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun fotoları yerləşdirilib. **
X.Nəsirzadə