27.09.2020 20:41

RF Dövlət Dumasında hesab edirlər ki, Dağlıq Qarabağın statusunun dəyişdirilməsi vəziyyəti ağırlaşdıracaq

MDB İcraiyyə Komitəsi müşahidə missiyasının rəhbəri, Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov hazırki vəziyyətdə Dağlıq Qarabağın statusunun dəyişdirilməsinin müzakirəsini qeyri-səmərəli hesab edir.

“Dağlıq Qarabağın statusunun dəyişdirilməsi, yəni qəbul olunması və ya (müstəqilliyinin) qəbul edilməməsi indi son dərəcədə zərərli olacaq”, - Kalaşnikov bazar günü “İnterfaks”a bildirib.

Onun fikrincə, “həm bir tərəfin, həm də digər tərəfin hazırki şəraitdə hansısa beynəlxalq təşkilatlara ümid bağlaması çox mənasız olacaq”.

“Yalnız üç nəfər: iki prezident – Putin və Əliyev və baş nazir Paşinyan vəziyyətdən çıxış yolu tapa bilərlər”, - Komitə sədri bildirib.

Həmçinin, onun sözlərinə görə, “biz heç kimin tərəfində olmamalıyıq”. **


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.