Azərbaycan Silahlı Qüvvələri Ermənistan silahlı qüvvələrinə məxsus silah-sursat anbarını məhv ediblər. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.
“Azərbaycanın Ordusunun keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edilib. Ordumuzun zərbələri nəticəsində anbarda baş verən partlayışlar videoda aydın müşahidə olunur https://youtu.be/6p0aFc9G55I”, - məlumatda qeyd olunur.
Öncə bazar günü MN Qarabağ münaqişəsi zonasında təmas xəttində hərbi əməliyyatların başlaması barədə bəyan edib. Məlumata əsasən, Ermənistan tərəfindən təxribata cavab olaraq “əks-hücum əməliyyatı” keçrilir. **
Ə.Məmmədov