Azərbaycanda hərbi vəziyyətin elan olunması səfərbərliyin elan edilməsini nəzərdə tutmur. Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat verib.
“Qüvvədə olan “Azərbaycan Respublikasındasəfərbərlikhazırlığı vəsəfərbərlik haqqında” qanuna əsasən, səfərbərlik - Azərbaycan Respublikası iqtisadiyyatının, icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların müharibə dövrünün iş rejiminə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və xüsusi birləşmələrin müharibə dövrü üçün müəyyən edilmiş təşkilat-ştat strukturuna keçirilməsinə dair tədbirlər kompleksidir. Qeyd etmık istəırdik ki, hazırda ölkədə səfərbərlik deyil, hərbi vəziyyət elan olunub”, - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bazar günü jurnalistlərə bildirilib.
O cümlədən, qeyd olunub ki, zərurət yaranarsa, səfərbərlik elan olunacağı halda, KİV, sosial şəbəkələr, televiziya, radio vasitəsi ilə elan olunacaq.
“Zərurət yarandığı halda, ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən, Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tədbirlərə cəlb ediləcək”, - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən qeyd olunub.
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilməsi haqqında fərman imzalayıb. **
X.Nəsirzadə