BMT-nin baş katibi Antoniu Quterriş Dağlıq Qarabağda münaqişəyə görə narahatdır və Ermənistan və Azərbaycan liderləri ilə danışmağı planlaşdırır. Bu barədə təşkilatın nümayəndəsi Stefan Düjarrik in bəyanatında deyilir.
“Baş katib bütün tərəfləri dərhal hərbi əməliyyatları dayandırmağa və dərhal məzmunlu danışıqlara qayıtmağa çağırır. O, həm Azərbaycan prezidenti, həm də Ermənistanın baş naziri ilə danışacaq”, - bəyanatda vurğulanır.
Quterriş münaqişə zonasında gücün tətbiqini pisləyib və dinc vətəndaşların həlak olması ilə əlaqədar təəssüfünü bildirib.
BMT-nin baş katibi qeyd edir ki, Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun rolunu vacib hesab edir və bütün tərəfləri qurum ilə işləməyə çağırır. **