ABŞ Dağlıq Qarabağda münaqişənin hər iki tərəfini dərhal hərbi əməliyyatları dayandırmağa çağırıb. Bu barədə bazar günü Dövlət Departamenti bəyan edir.
“ABŞ bu təcavüzü pisləyir”, - bəyanatda deyilir. Sənəddə qeyd olunur ki, Dövlət katibinin müavini Stiven Biqan Ermənistan və Azərbaycan XİN başçıları ilə əlaqə saxlayaraq “hər iki tərəfi dərhal hərbi əməliyyatları dayandırmağa və gələcəkdə gərginliyə yol verməmək məqsədilə mövcud birbaşa əlaqə kanalından istifadə etməyə çağırıb”. Həmçinin, Biqan “regionda gərginliyi daha da gücləndirə biləcək qeyri-konstruktiv ritorika və hərəkətlərdən yayınmağa” çağırıb. **