Ermənistan silahlı qüvvələri sentyabrın 27-də təmas xəttində gedən döyüşlərdə 550 nəfərdən artıq itki verib.
“Əməliyyat gününün sonuna əldə edilən kəşfiyyat məlumatlarına əsasən Ermənistan ordusu döyüşlər nəticəsində ciddi itkilərə məruz qalıb. Belə ki, düşmənin 22 ədəd tank və digər zirehli texnikası, 15 ədəd “OSA” zenit-raket kompleksi, 18 ədəd pilotsuz uçuş aparatı (PUA), 8 ədəd artilleriya qurğusu, müxtəlif istiqamətlərdə 3 silah-sursat anbarı məhv edilib, ölən və yaralı olmaqla, canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisi var”, - deyə Müdafiə Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin desant həmlə taborunun komandiri polkovnik-leytenant Lernik Babayan məhv edilib, onun komandiri olduğu hərbi hissənin şəxsi heyəti isə ağır itkilərə məruz qalıb.
“Düşmən ordusundakı yaralıların say çoxluğu səbəbindən hərbi hospital və mülki xəstəxanalarda yer qıtlığı yaranıb, qan bankında isə ehtiyat qan çatışmazlığı mövcuddur. Ermənistan tərəfi hər zaman olduğu kimi yenə də ordusundakı döyüş itkilərinin real sayını ictimaiyyətdən gizlədir”, - deyə məlumatda vurğulanır.*
X.Nəsirzadə