Azərbaycan Ordusu əks-hücum əməliyyatını davam etdirir, gərgin döyüşlər gedir. Bunu general-mayor Mayis Bərxudarov deyib.
“Düşmən hücumunun qarşısının alınması məqsədilə həyata keçirdiyimiz əks-hücum əməliyyatı uğurla davam edir. Gərgin döyüşlər gedir”, - deyə general-mayor Müdafiə Nazirliyinin mətbuat xidmətinə bildirib.
Onun sözlərinə görə, Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi üzrə tapşırıqları yüksək döyüş əzmi və igidliklə icra edir.
“Komandirlik etdiyim birliyin şəxsi heyəti düşməni tam məhv etmək üçün son damla qanınadək vuruşacaq və qələbə qazanacaq”, - deyə M.Bərxudarov vurğulayıb.*