Baş Prokurorluq sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır artilleriyadan atəş açması nəticəsində yaralanmış mülki şəxslərin sayının artdığını bildirir.
“Hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 26 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib”, - deyə məlumatda bildirilir.
Səhər saat 07:00 radələrindən başlayaraq düşmən qüvvələri tərəfindən Tərtər rayonunun mərkəzi, o cümlədən əhalinin sıx yaşadığı kəndlərin ağır artilleriyadan intensiv atəşə tutulması nəticəsində Azadqaraqoyunlu kənd sakinləri Mayıl Əhmədov, Nizami Salahov, Elşən Kərimova məxsus evlərəkülli miqdarda ziyan dəyib, rayonun əsas strateji körpüsü və polis şöbəsinə zərbələr endirilib.
Bundan başqa, düşmənin mülki obyektləri atəşə tutması nəticəsində Tərtər şəhəri, E.Səfərov küçəsi 54 mənzildən ibarət 10 saylı binası, rayonun Şıx arx qəsəbəsində 16 saylı çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb, bina sakinləri təxliyə edilib.*
N.Abbasova