Rusiya bütün xarici və daxili oyunçuları Qarabağdakı vəziyyətlə bağlı son dərəcə təmkinli olmağa çağırır. Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
"Bütün xarici və daxili oyunçuları o cümlədən də ritorika baxımından maksimum təmkinlilik nümayiş etdirməyə çağırırıq", - deyə Rudenko "İnterfaks"ın sualına cavabında jurnalistlərə bildirib.
"Dərhal atəşkəsə və tərəflərin danışıqlar masasına qaytarılmasına nail olmaq üçün indi son dərəcə ehtiyatlı olmaq vacibdir", - deyə o əlavə edib.
Nazir müavini qeyd edib ki, ABŞ Dövlət Departamenti Qarabağdakı vəziyyətlə bağlı "bütün əsas oyunçularla demək olar ki, eyni fikirdədir". Onun sözlərinə görə, Rusiya bu vəziyyətlə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində ABŞ ilə işləyəcək.*