Kreml Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı Yerevanın bəyanatını şərh edərkən bütün tərəfləri Azərbaycanla Ermənistan arasında vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
"Hazırda biz bütün tərəfləri, ilk növbədə, münaqişə tərəflərini maksimum təmkin nümayiş etdirməyə və vəziyyətin arzuolunmaz şəkildə daha da gərginləşməsinə səbəb ola biləcək istənilən addımdan imtina etməyə çağırırıq", - deyə RF prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün bildirib.*