Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Azərbaycanla Ermənistan arasında təmas xəttində gedən döyüş əməliyyatlarından narahatlığını ifadə edib.
"Azərbaycan və Ermənistan arasında hərbi toqquşmalar regionumuzda sülhə və xalqlarımızın rifahına biganə olmayan hər kəsin böyük narahatlığına səbəb olur. Bu gün bundan böyük dəyər yoxdur. Ona görə də mən insan tələfatını və vəziyyətin gərginləşməsini böyük ağrı ilə izləyirəm. Mənim mövqeyim son dərəcə aydındır və dövlət bütövlüyü prinsipinə əsaslanır, yəni Dağlıq Qarabağ Azərbaycanın suveren ərazisidir və heç bir şey bunu dəyişdirməyəcək", - deyə Saakaşvili Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb.
O əlavə edib ki, öz torpaqlarından didərgin düşmüş hər bir kəsin öz yurduna qayıtmaq hüququ var. Onların sülh şəraitində yaşamaq haqqı var və bu hüquq qorunmalıdır.*