Rusiya Dağlıq Qarabağla bağlı Türkiyə ilə təmasdadır. Bu barədə bu gün jurnalistlərə RF prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Dünən Xarici İşlər Nazirliyinin xətti ilə Ankara ilə təmas qurulub. Odur ki, burada da Rusiya tərəfi tam təmasdadır", - deyə o, yaxın zamanlarda Rusiya və Türkiyə liderləri arasında Qarabağda gərginliklə bağlı təmasların planlaşdırılıb-planlaşdırılmaması barədə suala cavabında bildirib.
Peskov “Rusiya prezidenti Vladimir Putinin azərbaycanlı həmkarı İlham Əliyevlə təmasları planlaşdırılırmı” sualına cavabında deyib: "Lazım gələrsə, əlbəttə ki, bu təmaslar baş tutacaq".*