Dağlıq Qarabağda vəziyyət son dərəcə təhlükəlidir, Ermənistanla Azərbaycan arasında genişmiqyaslı hərbi qarşıdurmaya çevrilmək ehtimalı yüksəkdir. Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkodeyib.
“Bu münaqişənin hərbi yolla həlli yoxdur və ola bilməz. Tərəfləri dərhal atəşkəsə çağırıram. İstənilən eskalasiya yalnız yeni qurbanlara (o cümlədən dinc əhali arasında) gətirib çıxaracaq", - deyə o qeyd edib.*