Ermənistan silahlı qüvvələri ərzaq qıtlığı və dərman çatışmazlığı ilə üzləşib. Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.
"Aparılan ikigünlük döyüşə tab gətirməyən Ermənistan ordusunda, dərman və tibbi ləvazimatlar, eləcə də ərzaq qıtlığının olması barədə məlumatlar əldə etmişik. Dərman və tibbi ləvazimat çatışmazlığı düşmənin döyüşlərdə verdiyi çoxsaylı itkilərlə əlaqədardır”, – deyə o, bu gün bildirib.
V.Dərgahlı qeyd edib ki, yaralılar və meyitlərin təxliyəsi üçün nəzərdə tutulmuş hərbi sanitar nəqliyyat vasitələrinin sayının kifayət etməməsi səbəbindən onların daşınması fərdi avtomobillər vasitəsi ilə həyata keçirilir.*
Ə.Məmmədov