Azərbaycanda koronavirus infeksiyasına daha 38 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 40 min 61-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib, ölənlərin ümumi sayı 588 nəfərə çatıb.
Virusa yoluxmuş 37,725 min nəfər (sutka ərzində +70) müalicə olunaraq sağalıb.
“1 min 748 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2,382 min, hazırkı dövrədək isə 1 milyon 104 min 783 test aparılıb.*
B.Rüstəmbəyov