Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindəki yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində baş verən yanğınlar Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən söndürülüb. Bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.
“Bu gün Ermənistan qoşunlarının atdığı mərmilər nəticəsində Ağdam və Tərtər rayonlarının bir sıra kəndlərində mülki obyektlərdə yanğınlar baş verib. Dərhal hadisə yerlərinə cəlb olunan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğınlar qısa müddətdə söndürülüb”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə