Ermənistan silahlı qüvvələri Azərbaycanın Goranboy rayonunu artilleriya atəşinə tutub. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bəyan edib.
"Düşmən Goranboy rayonunun Yuxarı Ağcakənd və Qaramusalı kəndlərini artilleriya atəşinə tutub. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyməyib. Kənd sakinləri arasında itki yoxdur", - Dərgahlı deyib.
Yerli mətbuat onnun sözlərindən sitat gətirir.
O, həmçinin bildirib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənə qarşı adekvat cavab tədbirləri görülüb. **
N.Abbasova