BMT-nin baş katibi Antoniu Quterriş prezident İlham Əliyevlə söhbət zamanı atəşkəsə və ATƏT müşahidəçilərinin regiona göndərilməsinə çağırıb. Bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarik məlumat verib.
“BMT baş katibi Azərbaycan prezidenti ilə indicə danışıb, tezliklə Ermənistanın baş naziri ilə də danışacaq”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Dyujarikin sözlərinə görə, Quterriş Əliyevlə söhbət zamanı dərhal atəşkəsə, Minsk qrupunun himayəsi altında ilkin şərtlər olmadan məzmunlu danışıqların bərpa edilməsinə, eləcə də ATƏT müşahidəçilərinin regiona qaytarılmasına çağırıb.*