Çərşənbə axşamı Azərbaycan və Türkiyənin səhiyyə nazirləri Oqtay Şirəliyev və Fəxrəddin Qoca arasında telefon danışığı baş tutub. Söhbət zamanı nazirlər Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti və nazirliklər arasında qarşılıqlı əlaqələri müzakirə ediblər.
“Söhbət zamanı Fəxrəddin Qoca Ermənistanın Azərbaycan torpaqlarına hücumunu və dinc əhalini atəşə tutmasını qınayıb və Ankaranın Bakıya hər bir tibbi ehtiyacda yardım etməyə hazır olduqlarını qeyd edib”, - Azərbaycan Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Öz növbəsində, Şirəliyev türkiyəli həmkarına daimi dəstəyinə görə təşəkkür edib.
“Tərəflər vurğulayıblar ki, əməkdaşlıq əlaqələri nazirliklərin aidiyyəti qurumları səviyyəsində davam etdirilməkdədir”, - nazirlikdən bildirilir. **
X.Nəsirzadə