Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, sentyabrın 27-dən Ermənistan silahlı qüvvələr tərəfindən artilleriya atəşi nəticəsində Azərbaycanın 10 dinc sakini həlak olub.
“Sentyabrın 27-də təmas xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı yeni hərbi təcavüz başlanıb. Erməni hərbçilərinin açdığı atəş nəticəsində dinc azərbaycanlılar həlak olublar. Bu gün həlak olan dinc vətəndaşların sayı 10 nəfər təşkil edir. Onların arasında bir ailənin 5 üzvü də var”, - Əliyev bu gün Pakistanın Bakıda yeni səfiri Bilal Hayenin etimadnaməsini qəbul edərkən bildirib.
Azərbaycan prezidenti əlavə edib ki, onlarla dinc azərbaycanlı Ermənistan tərəfindən atəş nəticəsində yaralanıb. **
A.Əzizov