XİN, Ermənistan, bəyanat
27-29 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələr tərəfindən atəş nəticəsində Azərbaycanın 10 dinc vətəndaşı həlak olub, daha 30 nəfər yaralanıb. Bunu Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva deyib.
“27-29 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən açılan artilleriya atəşi nəticəsində Azərbaycanın 10 dinc vətəndaşı həlak olub, daha 30 nəfər yaralanıb”, - Abdulayeva brifinqdə bildriib..
Onun sözlərinə görə, sentyabrın 27-dən Ermənistan silahlı qüvvələri Azərbaycanın Tərtər, Ağdam, Goranboy, Naftalan, Daşkəsən rayonlarında yaşayış məntəqələrini atəşə tutublar.
“Biz bu hərəkətləri hərbi cinayət kimi qiymətləndiririk. Yaşayış məntəqələrinin atəşə tutulmasını dayandırmağa çağırırıq. Həmçinin, beynəlxalq birliyi mülki əhaliyə qarşı yönələn Ermənistanın bu hərəkətlərini kəskin qınamağa çağırırıq”, - o əlavə edib. **