Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun əks-hücumunu uğurla dəf ediblər, düşmən böyük itkilər verib. Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
“ Füzuli rayonunun işğal altında olan Aşağı Veysəlli kəndi istiqamətindən üzbəüz mövqelərimizə basqın etməyə cəhd göstərən Ermənistan ordusunun hərəkətinin qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınıb və düşmən geri çəkilməyə məcbur edilib”, - Dərgahlı “İnterfaks-Azərbaycan”a bildirib.
Onun sözlərinə görə, geri çəkilərkən məhv edilmiş erməni əsgərlərinin meyitləri döyüş meydanında qalıb.