RF Dövlət Duması Dağlıq Qarabağ münaqişəsi tərəflərini hərbi əməliyyatları dayandırmağa və danışıqlar masası ətrafında əyləşməyə çağırıb. Bu barədə Rusiya parlamentinin aşağı palatasının iclasında qəbul olunan bəyanatda qeyd edilir.
“Dövlət Duması dərhal atəşkəsə ehtiyac olduğunu, bölgədə qarşıdurmanın artmasının qarşısının alınmasını və vəziyyətin sülh yolu ilə həllinə alternativ olmadığını elan etmək niyyətindədir. Dövlət Dumasının deputatları tərəfləri danışıqlar prosesinə ən qısa müddətdə qayıtmağa çağırır, vəziyyəti sabitləşdirmək üçün vasitəçilik göstərməyə hazır olduqlarını bildirirlər”.**