Türkiyə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı həm diplomatik səviyyədə, həm də hərbi planda dəstəkləməyə hazırdır. Bu barədə çərşənbə axşamı Anadolu agentliyi XİN başçısı Mövlud Çavuşoğlunun bəyanatına istinadən məlumat verib.
“Türkiyə həm danışıqlar masası ətrafında, həm də döyüş meydanında Azərbaycanı dəstəkləməyə hazırdır”, - Çavuşoğlu Azərbaycanın Ankaradakı səfirliyini ziyarət edərkən bildirib.
O məlumat verib ki, ölkəsinin ərazi bütövlüyü uğrunda ədalətli mübarizə aparan Azərbaycan xalqına dəstək məqsədilə səfirliyə gəlib.
Nazirin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllinin yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasıdır.
“Türkiyə Azərbaycanı tam dəstəkləyir. Erməni işğalı məsələsini kökündən həll etməyin zamanı çatıb”, - Çavuşoğlu bildirib. **