Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu məlumat verib ki, çox sayda ölkəmizin vətəndaşları onları cəbhəyə göndərmək xahişi ilə müraciət ediblər.
“Bu günlər ərzində Rusiyada yaşayan azərbaycanlılardan onları cəbhəyə göndərmək xahişi ilə çox sayda müraciət daxil olub. Onlar yenidən döyüşmək istəyən vətənpərvər əhval-ruhiyyəli insanlardır”, - Bülbüloğlu “Komsomolskya pravda” radiosunun efirində bildirib.
“Biz onları çox sağ olun deyilirk, onların hisslərinə hörmətlə yanaşırıq, lakin hazırda bizim Ordumuzun buna ehtiyacı yoxdur, tam təchiz olunub, bizim əm müasir silahlarımız var”, - o əlavə edib. **