Hazırda Dağlıq Qarabağla bağlı sülh danışıqları aparılmır. Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.
"Baş nazir Paşinyan başda olmaqla Ermənistanın hazırkı rəhbərliyi danışıqlar prosesi ilə bağlı tamamilə absurd açıqlamalar verir ki, bu da sözün əsl mənasında bu prosesi məhv edir. Bu gün sülh prosesi, sülh danışıqları yoxdur", – deyə o, “Komsomolskaya Pravda” radiosunun efirində bildirib.
Səfirin sözlərinə görə, danışıqlar prosesi BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında və ATƏT-in Minsk qrupunun iştirakı ilə aparılmalıdır.*