Azərbaycan Ordusunun muzdlulara ehtiyacı yoxdur, Orduda muzdluların olması ilə bağlı iddialar həqiqətə uyğun deyil. Bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.
“Orada Türkiyədən muzdluların olması barədə söhbətlər tamamilə yalandır”, - deyə o, bu gün “Komsomolskaya pravda” radiosunun efirində bildirib.
“Bizim Ordumuzun bu gün nə muzdlulara, nə də hər hansı əlavə qüvvələrə ehtiyacı var”, - deyə səfir vurğulayıb.*