Qarabağda münaqişə tərəflərindən birinə hərbi dəstəklə bağlı istənilən bəyanat vəziyyətin gərginləşməsinə səbəb olur. Moskva qəti şəkildə buna qarşıdır. Bunu RF prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün jurnalistlərə verdiyi açıqlamada deyib.
O, "Həm danışıqlar masasında, həm də döyüş meydanında" Azərbaycanı dəstəkləməyə hazır olduğunu bəyan edən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun açıqlamasına belə münasibət bildirib.
"Hərbi dəstək və ya hərbi fəallıqla bağlı hər hansı bir açıqlama vəziyyəti daha da qızışdırır, biz buna qəti şəkildə qarşıyıq", - deyə Peskov qeyd edib.
O vurğulayıb ki, Moskva "bütün ölkələri, xüsusilə də Türkiyə kimi tərəfdaş ölkələri münaqişə tərəflərini atəşi dayandırmağa və bu münaqişənin siyasi və diplomatik yollarla sülh yolu ilə həllinə qayıtmağa razı salmaq üçün səylərini əsirgəməməyə çağırır.*