İran qonşu ölkələrə silahların göndərilməsi üçün öz ərazisindən istifadə etməyə icazə vermir. Bu barədə İran XİN-in rəsmi nümayəndəsi Səid Hətibzadə İran ərazisindən keçməklə Ermənistana hərbi tədarükün tranzitinə dair xarici KİV-in məlumatlarını şərh edərkən bildirib.
“İran İslam Respublikası və qonşu ölkələr arasında yük avtomobilləri və sadə mülki malların tranziti adi qaydada davam edir”, - o qeyd edib.
“İran silah və döyüş sursatını göndərmək üçün öz ərazisindən istifadə etməyə icazə vermir”, - o vurğulayıb. **